Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İki boksçumuzun rəqibi müəyyənləşdi
17-06-2017

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Azərbaycan Boks Federasiyasında verilən məlumata görə, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Vahid Hambli (Fransa) ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı yarışın startı günü məlum olub. 1/16 finalda Fredi Çiobanunu (Rumıniya) 5:0 hesabı ilə məğlub edən fransalı mərhələ adladığından 1/8 finalda Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz Çiobanu ilə iyunun 19-da döyüşəcək.

+91 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə 1/8 finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. 2 qat dünya çempionumuzun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Aleksandr Kaleyevi (Belarus) mübarizədən kənarlaşdıran bolqarıstanlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. Məcidovun da ilk görüşü iyunun 19-da olacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016