Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə hazırlığı üçün ilk təlim-məşq toplanışının vaxtı dəqiqləşib
17-05-2011

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə hazırlığı üçün ilk təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Komanda üzvləri iyunun 10-da bir araya gələcək.

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə milli komndamızın birinci 10 gündəki məşqləri Bakıda olacaq. Ardınca voleybolçularımız qitə çempionatına hazırlığı ya respublikanın bölgələrində, ya da xarici ölkələrin birində davam etdirəcəklər. Xatırladaq ki, Avropa çempionatının final mərhələsi sentyabrın 23-də start götürəcək və oktyabrın 2-də yekunlaşacaq. Serbiya və İtaliyanın ev sahibliyi edəcək qitənin ən mötəbər yarışında Azərbaycan voleybolçularının yarışacağı B qrupunun oyunları Monse şəhərində keçiriləcək. Voleybolçularımız burada İtaliya, Türkiyə və Xorvatiya seçmə komandaları ilə qarşılaşacaqlar. Bu arada qadın voleybolçulardan ibarət Bolqarıstan millisinə baş məşqçi təyin edilən Draqutin Baltiç daha 1 il ölkəmizdə çalışacaq. Sloveniyalı mütəxəssis Bakı “Lokomotiv”i ilə yeni müqaviləyə imzalayıb. O, Bolqarıstan seçməsilə yanaşı, “dəmiryolçuları” da çalışdırmağa razılıq verib. Draqutin Baltiç artıq transferlərə də başlayıb. “Rabitə”dən Diana Nenovanın Bakı klubuna keçidində yardımçı olan mütəxəssis Bolqarıstan milisinin daha iki voleybolçusunu “Lokomotiv”ə gətirməyi planlaşdırır. Baltiç seçmə komandada sərəncamında olan Dobriana Rabadjiyeva və Yeva Yanevanın xidmətində maraqlıdır. Qeyd edək ki, 2009/2010 mövsümündə “Rabitə”ni Azərbaycan çempionu edən baş məşqçi 1 il sonra “Lokomotiv”lə 4-cü olub. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018