Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bədii gimnastlar yarışlara 8 medalla yekun vurdu
15-05-2017

Böyük tamaşaçı izdihamı, səngiməyən alqışlar və qürurla səslənən Himn!

Məhz bu notlarla Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ilk dəfə baş tutan bədii gimnastika üzrə yarışlara yekun vuruldu.

Həyəcanla dolu final mərhələlərində Marina Durunda fərdi birincilikdə ilk qızıl medalını halqa ilə hərəkətlərdə (17.600) qazandı. Çox keçmədi ki, Azərbaycan tamaşaçısı növbəti medal sevincini yaşadı. Təmsilçimiz Jalə Piriyeva məhz bu proqramda bürünc medal (16.050) əldə etdi. İkinci yerdə isə Özbəkistan gimnastı Anastasiya Serdyukova (16.450) qərarlaşdı.

Növbəti hədəf top ilə icra olunan çıxışlar idi. Bu proqramda ən yaxşı nəticəni Jalə Piriyeva göstərərək qızıl medalı (17.550) hesaba yazdırmağı bacardı. Gümüş medala Özbəkistan təmsilçisi Anastasiya (16.950), bürünc medala isə Marina Durunda (15.800) sahibləndi.

Gürzlərlə hərəkətlərə gəldikdə isə təmsilçimiz Marina Durunda gümüş medalla (16.550) kifayətlənməli oldu. 1-ci və 3-cü yerləri isə müvafiq olaraq Özbəkistan təmsilçiləri Anastasiya Serdyukova (16.900) və Sabina Taşkenbayeva (16.300) bölüşdülər. Jalə Piriyeva isə medalın bir addımlığında qərar tutdu.

Sonuncu final çıxışları lent ilə icra olundu. Ona hər zaman uğur gətirən sevimli aləti, bu dəfə Marinanı fəxri kürsünün ilk pilləsinə yüksəltdi və fərdi yarışlarda hesabımıza 3-cü qızıl medal (15.450) yazıldı. Jalə də öz yoldaşından cüzi fərqlə geri qalaraq yarışların gümüş medalına sahibləndi. 3-cü pillədə isə Özbəkistanlı Sabina Taşkenbayeva (14.950) yer aldı.

Və beləliklə, İslam Həmrəyliyi Oyunları proqramına ilk dəfə daxil edilmiş bədii gimnastika yarışlarında Azərbaycan təmsilçiləri ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medal əldə etdilər.

Xatırladaq ki, yarışların ilk günü (12 may) Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında da məhz qızıl medal qazanmışdılar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016