Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının yüksək mükafatı ilə təltif olundu
10-05-2017

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Şuranın iclası keçirilib. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 2020-ci ildə Tokioda baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına hazırlıq dövründə FIG-nin ali orqanlarının ilk dəfə Bakıda keçirilən bu iclasında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe və vitse-prezidentlər, Şuranın Konqres tərəfindən seçilmiş üzvləri, qitələrin gimnastika federasiyalarının, FIG-nin texniki komitələrinin prezidentləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Vatanabe Azərbaycan Gimnastika Federasiyasının gördüyü işlərdən ətraflı söhbət açıb, gimnastikanın təbliği və inkişafı, ən müasir beynəlxalq standartlara uyğun gimnastika arenalarının tikintisi və təchizatı, idmançı və məşqçilərə göstərilən qayğı və onlar üçün yaradılan şərait, yarışların yüksək səviyyədə təşkili baxımından federasiyanın fəaliyyətini xüsusi qiymətləndirib.

Vatanabe Azərbaycan Gimnastika Federasiyanın prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olunduğunu bildirib.

Qeyd edək ki, FIG-nin ikinci rəhbər orqanı olan bu Şuranın tərkibi FIG Konqresi tərəfindən seçilir və ildə bir dəfə Şuranın iclasları təşkil olunur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016