Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
AÇ-2017: üçüncü gündə 1 gümüş və 1 bürünc medal
05-05-2017

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.  

Güləşçilərimiz ilk iki yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub. 

Üçüncü yarış günündə 55 və 75 kq qadın, 61 və 74 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 

55 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik Türkiyə və Almaniyadan olan rəqiblərini üstələsə də yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü uduzub. Bürünc medal görüşünə haqq qazanan təmsilçimizin rəqibi Serbiya idmançısı olub. 48 saniyə ərzində rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik çempionatın bürünc medalını qazanıb.  

74 kq çəkidə yarışan Murad Süleymanov ardıcıl olaraq İspaniya, Fransa, yarımfinalda Rusiya idmançısına qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Türkiyə təmsilçisi təcrübəli Söner Demirtaş olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. İlk dəfə böyüklər yaş kateqoriyasında rəsmi yarışda iştirak edən güləşçimiz Murad Süleymanov gümüş medalla kifayətlənib. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016