Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Güləşçilərimiz Ankarada beynəlxalq turnirdə iştirak etdi
16-05-2011

Türkiyənin paytaxtı Ankara şəhərində gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 14-cü Beynəlxalq Çempionlar turniri keçirilib. Mayın 13-dən 15-dək  keçirilən mötəbər yarışda 15 ölkənin pəhləvanları mübarizə aparıb. Ölkəmizin sərbəst, qadın və yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandaları da turnirdə qüvvələrini sınayıb.  Ümumilikdə komandalarımız Ankarada keçirilən beynəlxalq turniri  1 gümüş və 3 bürünc medalla başa vurub. Sərbəst güləşdə ölkəmizi məşqçi Namiq Quliyevin rəhbərliyi altında İxtiyar Quliyev, Kənan Məmmədov (hər ikisi 50 kq), Fuad Nəsirli (55 kq), Nurlan Hacıyev, Muxtar Sadullayev (hər ikisi 66 kq), Kamran Yunusov (74 kq) və Aslan Dzebisov (120 kq) təmsil edib.
Yunan-Roma güləşi üzrə böyük məşqçi Ağalar Aslanov və məşqçi Orxan Əliyevin rəhbərliyi altında Vüsal Atayev, Rəşad Şükürov (hər ikisi 55 kq), Orxan Paşayev (60 kq), Ceyhun Əliyev (66 kq), Fuad Əliyev (74 kq), Zaur Mehrəliyev (120 kq) mübarizə aparıb. 120 kq çəkidə mübarizə aparan Zaur Mehrəliyev turnirin bürünc mükafatına layiq görülüb. Gənc qızların yarışında ölkəmizi 6 idmançı təmsil edib. Məşqçi Həsrət Məmmədyarovun rəhbərlyi altında Marziget Baqomedova, Aydan Səfərli (hər ikisi 44 kq), Patimat Baqomedova, Kəmalə Əliyeva (hər ikisi 51 kq), Fərəh Rəsulova (55 kq) və Aytən Əliyeva (72 kq) öz qüvvəsini sınayıb. Yekunda isə, Kəmalə Əliyeva (51 kq) gümüş, Marziget Baqomedova (44 kq) və Aytən Əliyeva (72 kq) bürünc medala sahib olub. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018