Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Dünya kubokunda iştirak edəcək gimnastlarımız məlum oldu
05-04-2017

Aprelin 28-də Bakıda start götürəcək Dünya Kubokunun mərhələ yarışlarında mübarizə aparacaq bədii gimnastika üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, turnirdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, “Bakı 2015” I Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep çıxış edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək. 3 gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Dünya Kubokuna 2 qat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), qitə birinciliyinin üçüncüsü Nikol Zelikman (İsrail), həmçinin qrup hərəkətlərində Yay Olimpiya Oyunlarının qalibi Rusiya, ikincisi İspaniya, üçüncüsü Bolqarıstan da qatılacaq. 

Milli Gimnastika Arenasında keçiriləcək turnirə biletləri Arenanın kassasından, "Bazarstore" mağazalar şəbəkəsinin Xətai və "28 mall" filiallarından əldə etmək mümkündür. Biletlərin qiyməti təsnifat günləri üçün 5, 8, 12, final günləri üçün isə 10, 15, 20 manat təşkil edir. Yarışlar saat 12:00-da başlayacaq. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016