Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
H.Marko: “Fettel bizə təşəkkür etməlidir”
02-04-2017

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Fettelin qələbəsində Həmiltonu arxasında saxlayan Ferstappenin danılmaz rolu var. F-1.az xatırladır ki, Həmilton yarışın ilk hissəsində birinci yerdə olsa da, təkərləri tez yeyildiyi üçün pitə erkən girmış və Ferstappenin arxasında qayıdaraq vaxt itirmişdi. Bundan istifadə edən Fettel trasda bir az çox qalaraq, pit çıxışında britaniyalı sürücünü qabaqlamış və yarışı 10 saniyəlik fərqlə qazanmışdı.

Helmut Marko: “Öz yarışımızla məşğul idik və sürətli dövrələr vura bilirdik. Məncə, Volff taktika cəhətdən nə etdiyini və bolidin trasa harada qayıdacağını bilməlidir. Fettel bizə təşəkkür etməlidir, çünki yarışı qazanmasında danılmaz rolumuz oldu.

Bizim isə sıralanma turunda tempimiz aşağı olsa da, yarış sürətimiz yaxşı idi. Ferstappen Rəyklönenə çatdı. Yarışda sərbəst yürüşlərə və sıralanmaya nisbətən daha yaxın idi. Təkərlərin yeyilməsi də yaxşıdır. Mercedes və Ferrari-yə nisbətən daha yumşaq təkər (SuperSoft) götürdük və problem yaşamadıq. Yanacaq və mühərrikdə də problem yox idi.

Yarışın sonunda daha sürətli ola bilərdik, amma əyləclərdə problem var idi və riskə getmədik. Buna görə də Maksdan yavaşlanmasını istədik. Təbii ki, bu asan qərar deyildi, amma əsas təhlükəsizlik idi. Məncə, problem olmasaydı, Maks rahatlıqla keçərdi”.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016