Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Dünya çempionları: Mika Həkkinen
12-03-2017

Formula1-in 68-ci mövsümünün başlamasına 14 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Mixael Şumaxerin ən böyük rəqibi, “Uçan finlandiyalı” – Mika Pauli Həkkinen!

Mika Həkkinen 1968-ci il sentyabrın 28-də Helsinkinin yaxınlığında yerləşən və hazırda Vantaa adlanan şəhərdə radio opertorluğu və taksi sürücülüyü ilə məşğul olan Hərri ilə katibə olan Aylanın ailəsində anadan olub. Nina adlı bacısı onu hər zaman dəstəkləyib. Həkkinen sonradan dostlaşacağı bir başqa Formula1 sürücüsü və adaşı Mika Salo ilə eyni küçədə yaşayıb. Uşaq olarkən hokkey və futbolla məşğul olub.

Həkkinen beş yaşında olanda valideynləri onu kartinqə aparırlar. Balaca Mika elə ilk dövrəsindəcə qəza edir. Qəzaya baxmayaraq, Mikada yarışmağa maraq yananır və valideynlərinə elə hey bunu deyir. Arzusuna çatır – atası ona kart alır. İlk yarışında 1975-ci ildə çıxır, 1978-ci və 1979-cu illərdə regional yarışda qalib olur. 1980-ci ildə ölkə miqyaslı yarışda da uğur qazanır. Həmin il həm də Mika Solberq ilə birlikdə VolksWagen Beetle maşınında don vurmuş göllərin üzərində yarışırlar. 1981-ci ildə Finlandiya Kartinq Çempionu olan Mika növbəti illərdə ölkəsində müxtəlif seriyalarda – Formula Mini, Formula Nordic kimi yarışlarda mübarizə aparır. 1989-cu ildə British Formula3 Championship-də yarışır və yeddinci olur. 1990-cı ildə Marlboro World Championship Team-in üzvü olur. Komandanın üzvləri testlərdə iştirak etmək şansı əldə edirdilər və onları Ron Dennislə Ceyms Hantın da olduğu dördnəfərlik münsiflər heyəti qiymətləndirirdi. Mika ən sonda çıxış etməli olur. Ceyms Hant artıq yorulduğunu və gedib pivə içmək istədiyini bildirərək etiraz edir. Lakin Həkkinen öz çıxışını edir və yaxşı təsir bağışlayır. Həmin il British Formula3 Championship-ə qayıdır və mövsümü çempion kimi başa vurur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016