Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İslam Oyunlarının iştirakçıları Azərbaycana vizasız gələcəklər
03-03-2017

Azərbaycan prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə bir ay müddətində IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görmək, akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etmək, akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb. Müəyyən edilib ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan gələ və Azərbaycandan gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Azərbaycan Xarici İşlər Nazirliyi isə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir. Öz növbəsində Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsi qaydalarının sadələşdirilməsi barədə məlumat verməlidir.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016