Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Qadın güləşçilərimiz təlim-məşq toplanışlarını Ukraynada davam etdirir
27-02-2017

Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. Qadın güləşi üzrə yığma komandamızın üzvləri Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır. 

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Kiyevə yollanan yığmamız Konça-Zaspa təlim-məşq bazasında hazırlıqları davam etdirir. Yığmamızın üzvləri ilə yanaşı, Ukrayna, ABŞ, İsrail və Litva güləşçiləri də təlim-məşq toplantısında iştirak edir. 

Türkan Nəsirova (48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovanın (69 kq) yer aldığı heyət fevralın 19-dan Kiyevdə toplanışdadır.  

Təlim-məşq toplanışı martın 2-də başa çatacaq. Daha sonra yığma komandanın üzvləri 3-4 mart 2017-ci il tarixdə Kiyevdə keçiriləcək Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunan 21-ci beynəlxalq turnirdə iştirak edəcək. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016