Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku başa çatıb
20-02-2017

Bakıda Milli Gimnastika Arenasında keçirilən kişilər və qadınlar arasında batut gimnastikası üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Bakı Gimnastika Məktəbinin direktoru Xaqani Fərəcov, idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov, Avropa Gimnastika İttfaqının (UEG) fəxri üzvü Viktor Saaron, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə komitəsinin üzvü Mariana Vasileva, yarışların əlaqələndiricisi Nurlana Məmmədzadə, UEG-nin batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Vladimir Zeman, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Nikolay Makarov, AGF-nin marketinq üzrə direktoru Səbri Gülmalıyev, AGF-nin Elmi-tədqiqat qrupunun rəhbəri Elşad Nərimanov və yarışların direktoru Natalya Bulanova iştirak ediblər. Həmçinin ən yaxşı çıxışa və ən yüksək bala görə Azərbaycan Gimnastika Federasiyasının xüsusi mükafatları - "AGF Trophy" təqdim olunub. Kişilər arasında bu mükafata rusiyalı gimnast Dmitri Uşakov, qadınlardan isə digər rusiyalı idmançı Yana Pavlova layiq görülüb. Mükafatları FIG-nin texniki nümayəndəsi N.Makarov və yarışların direktoru N.Bulanova təqdim ediblər. Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında 15 ölkədən 85 gimnastın iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016