Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatı Bakıda keçiriləcək
05-02-2017

2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq. Bu barədə qərar Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. İclasda Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı namizədliyi məsələsinə baxılıb. Müzakirələrdən sonra kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatının 2020-ci il mayın 6-10-da Bakıda keçirilməsi qərara alınıb. Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının təşkili isə Parisə həvalə olunub.

Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, Avropa çempionatlarında da “Tokio-2020”yə lisenziya qazanmaq imkanı olacaq.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın üç növü (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) üzrə məhz lisenziya xarakteri daşıyan dünya kuboku mərhələlərini, həmçinin bədii gimnastika üzrə dünya çempionatını təşkil edəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016