Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Taekvondoçularımız Avropa çempionatına yollanır
05-02-2017

Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən sayca 5-ci olan G1 kateqoriyalı Klublararası Avropa Çempionatı və G2 kateqoriyalı “Turkish Open” beynəlxalq yarışı keçiriləcək. Antalya şəhərində fevralın 6-da startı veriləcək yarışlar fevralın 14-dək davam edəcək.

Əvvəlcə fevralın 6-9-da keçiriləcək “G-1” kateqoriyalı klublararası Avropa çempionatında respublikamızda fəaliyyət göstərən - “Gilan”, “Savalan”, “Qafqaz”, “Zenit”, “1 saylı Gömrükçü”, “Təhsil”, “2 saylı Sumqayıt Gömrükçü”, “Lənkəran”, “Quba”, “Gəncə”, “Fərasət”, “T.İsmayılov”, “Aran” idman klublarının, cəmiyyətlərinin və mərkəzlərinin idmançıları medallar uğrunda mübarizəyə qoşulacaq.

Bir gün fasilədən sonra fevralın 11-də sayca 4-cü olan “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.

Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə fevralin 4-də qardaş ölkəyə yollanacaq komanda vətənə fevralın 16-da dönəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016