Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
“Bahar Kuboku” beynəlxalq turniri sona yaxınlaşır
14-05-2011

Bakıdakı “Sərhədçi” Atçılıq Mərkəzində atçılığın konkur növü üzrə 3 ulduz kateqoriyalı “Bahar Kuboku” beynəlxalq turniri sona yaxınlaşır. ümumi mükafat fondu 156 min dollar olan yarışlarda iki günün proqramına yekun vurulub. Azərbaycan, Gürcüstan və Polşa idmançılarının mübarizə apardığı yarışda respublikamızın nümayəndələri uğurla çıxış edir. Yarışıların birinci günündə olduğu kimi, ikinci gün də azərbaycan idmançıları fərqləniblər. Patrik Mak Enti “Devid” ləqəbli atla birinci yeri tutub. Camal Rəhimov “Bill Klinton” ləqəbli atla ikinci olub. Qennadi Qaşıbeyazov isə “Kalinka” ləqəbli atla üçüncü nəticə göstərib. Onların hər üçü məsafəni cəriməsiz keçib. Buna görə mükafatçıları əlavə göstəricilərə görə müəyyənləşdirmək lazım gəlib. Qeyd edək ki, yarışların birinci və ikinci günlərində 39 min dollar mükafat fondu təsis olunmuşdu. Seçmə komandamızın daha üç üzvü Seyid Musayev, Hikmət Musayev və Kənan Novruzov da yarışda iştirak etsələr də, onların nəticələri qənaətbəxş olmayıb. Turniri Türkiyə, İran və Yunanıstandan dəvət olunmuş hakimlər kollegiyası idarə edir. Mayın 14-də yaerışlara yekun vurulacaq. Üçüncü gün fərqlənən idmançılar üçün 78 min dollar mükafat fondu təsis olunub. Bu yarışların ümumi nəticələrinə görə idmançıların hər biri olimpiya lisenziya xalları qazana bilərlər. Bu baxımdan milli komandamızın lideri Camal Rəhimov xüsusilə fərqlənir. O indiyə mövsümün əvvəlindən bəri keçirilən yarışlarda 700-dən çox xal toplayıb. Mütəxəssislərin rəyinə görə o, London yay olimpiya oyunlarına ən real namizədlərdən biridir

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018