Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
T.Volff: “Bizə yalnız Rəykkönen və Kvyat müraciət etməyib…”
05-12-2016

Toto Volff Mercedes şirkətinin əməkdaşları ilə Zindelfingendə təşkil olunmuş görüşdə bildirib ki, “praktiki olaraq bütün peleton öz xidmətini komandaya təklif edib”.

F-1.az xatırladır ki, ilk titulunu qazandıqdan cəmi 5 gün sonra Niko Rosberq karyerasını başa vurduğunu elan etmişdi, bununla da son üç ilin çempion komandasında vakant yer peyda olub. Bu yeri hazırda çempionatda iştirak edən sürücülərlə yanaşı karyerasını başa vurmuş sürücülər də tutmağa çalışırlar.

Dünən Rusiya saytları keçmiş sürücü Petrovun DTM-dən yaxşı tanıdığı Volffa birbaşa müraciət etməsini yazmışdılar. Daha sonra məlum oldu ki, komanda dərhal Niko Hülkenberqin müqaviləsi ilə maraqlanıb – Renault komandası sürücünü buraxmağa qəti etiraz edib. Bu gün isə Mercedes Motorsport-un başçısı bildirib ki, narahatlığa əsas yoxdur – Rosberqin yerinə kifayət qədər namizəd var…

Toto Volff: “Son 3 ilin çempionuyuq və biz fəxr edirik ki, bizim hazırladığımız maşının sükanı arxasında hamı oturmaq istəyir. Dünəndən hamı mənə zəng edir, hətta komandası ilə müqaviləsi olan sürücülər də. Yalnız iki nəfərdən zəng almamışam: Kimi Rəykkönen və Daniil Kvyat. Digərləri isə zəng edirlər, hətta Pastor Maldonado da. Hamısı bizim sürətli maşını idarə etmək istəyir.

Bizim komandada Niko və Lyuis çıxış edəndə, əla sürücü cütlüyümüz var idi, axı komandada balansın olması çox vacibdir. Bəli, bizim gənc istedadlı sürücülərimiz var, onların bizim maşını idarə etmək təcrübələri də var, biz bunu başa düşürük. Aydın məsələdir ki, variant çoxdur. Düzünü deyim ki, komandaya cəlb etmək istədiyimiz sürücülər də bizə müraciət ediblər. Hazırda biz onların müqavilələrini araşdırırıq və yaxın zamanda qərar qəbul edəcəyik…”

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016