Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Akif Əliyev: Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək
22-11-2016

Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq. Yarışa səylə hazırlaşan yunan-Roma güləşi üzrə milli komandamızın mətbuat üçün açıq məşqi olub.

Məşqdən sonra mətbuat nümayəndələrinə açıqlama verən yığmanın baş məşqçi əvəzi Akif Əliyev Azərbaycanın olimpiya mükafatçıları Rəsul Çunayev, Rövşən Bayramov və Sabah Şəriətinin turnirdə iştirak etməyəcəyini bildirib. 

Onun sözlərinə görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə bürünc medal qazanan R.Çunayev zədə səbəbindən Bakıdakı turniri buraxmalı olacaq: "Rəsul zədəlidir, Türkiyədə əməliyyat olunub və hazırda oradadır. Həkim nəzarəti altında bərpa prosesi keçir. Bir müddət güləşə bilməyəcək. Amma gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək".

"Rio-2016"ın bürünc mükafatçısı S.Şəriəti və "London-2012"də gümüş medal qazanmış R.Bayramov da zədə səbəbindən turnirdə çıxış etməyəcək: "İdmançıların çıxış etməməsinə həkimlər qərar verib. Bildiriblər ki, onlar indi güləşsə, sonra yenə zədə ola bilər".

A.Əliyev "Qızıl Qran Pri"yə hazırlıqla bağlı da danışıb: "Məşqlər ciddi şəkildə davam edir. Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək. Hazırda qırğızlarla birgə təlim-məşq toplanışı davam edir. İdmançılar məsuliyyətlərini yaxşı başa düşürlər. Düzdür, idmanda qələbə də olur, məğlubiyyət də. Ancaq yüksək nəticə qazanmağa çalışacağıq. Artıq heyətimiz müəyyənləşib. Hər çəkidə üç güləşçi çıxış edəcək. Burada hər kəs yığma komandanın üzvüdür. Burada bir nömrə olmaq üçün hazırlaşmaq, məşq etmək lazımdır".

Qeyd edək ki, proqrama əsasən, yunan-Roma güləşçiləri yarışların son günündə mübarizə aparacaq. Noyabrın 24-də sərbəst, 25-də isə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də olacaq. Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə "Azərtac" İnformasiya Agentliyidir.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016