Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Sərbəst güləşçilərimiz "Day of Children" turnirini ikinci sırada tamamladı
21-11-2016

İran İslam Respublikasının İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçirilib. 

Sərbəst güləşçilərin yarışında Azərbaycan, İran, Rusiya, Gürcüstan, Tacikistan, Qığızıstan, Ukrayna və Ermənistan komandaları mübarizə aparıb. Turnirdə iştirak edən sərbəst güləşçilərimiz qrup görüşləri zamanı Qırğızıstanı 8-2, Gürcüstanı 9-1, Ermənistanı 9-1 məğlub edib. Ukrayna güləşçiləri ilə 5-5 hesablı bərabərlik qeydə alınsa da xalların keyfiyyətinə görə 22-18 qələbə qazanan güləşçilərimiz qrupun lideri kimi finala vəsiqə qazanıb. Final görüşündə yerli İran idmançılarına 7-3 hesabı ilə uduzan güləşçilərimiz turnirin gümüş medallarına sahib olub. Yekun sıralamada İran  birinci, Azərbaycan ikinci, Ukrayna yığması isə üçüncü yerdə qərarlaşıb. 


Yunan-Roma güləşçilərinin yarışında Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Moldova, İraq, Ermənistan, Ukrayna, Qırğızıstan və Tacikistan komandaları mübarizə aparıb. Yunan-Roma yığmamızın üzvləri qrup yarışlarında İranın 2 komandasına məğlub olub. Əvvəlcə Türkmənistanı 10-0, ardınca Qırğızıstanı 9-1 üstələyən güləşçilərimiz turnirin yekun sıralamasında 9-cu yerdə qərarlaşıb. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib. 

 

 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016