Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Cüdoçumuz Əbu Dabidə gümüş medal qazandı
30-10-2016

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir. Yarışın ikinci günü Azərbaycan millisi aktivinə ilk medalı yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə 1/4 finaldan başlayıb. Onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda yoldaşı Fəqan Quluzadə olub. Quluzadə üzərində qələbə qazanan Orucov yarimfinala yüksəlib. O, bu mərhələdə tatami sahibi Viktor Skvortovla qarşılaşıb. Rəqibini məğlub edən təmsilçimiz adını finala yazdırıb. Həlledici görüşdə İsveç cüdoçusu Tommi Makiasa uduzan Orucov “Böyük Dəbilqə”də millimizə ilk medalı qazandırıb.

Komanda yoldaşına məğlub olmasına baxmayaraq təsəlliverici görüşə vəsiqə qazanan Fəqan Quluzadə bu mərhələdə braziliyalı Aleks Silva ilə üz-üzə gəlib. Qarşılaşmanı qələbə ilə başa vuran Quluzadə bürünc medal uğrunda rusiyalı Musa Moquşkov ilə qarşılaşıb. Lakin bu qarşılaşmada uduzan təmsilçimiz 5-ci yeri tutub.

Digər cüdoçularımız - Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016