Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Telekom" serbiyalı voleybolçu transfer etdi
23-09-2016

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yeni mövsümün ən səs-küylü transferi rəsmiləşib. Bunu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Telekom” həyata keçirib. Bakı klubu Serbiya millisinin sabiq hücumçusu Yovana Vesoviçlə danışıqları müsbət yekunlaşdırıb. 29 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Son mövsümü Rumıniyanın “Alba” klubunda keçirən Vesoviç Azərbaycana gəlincə, 5 ölkədə legioner həyatı yaşayıb. O, daha öncə “Yedinstvo” (2002/2007, Serbiya və Çernoqoriya), “Postar 064” (2007/2009, Serbiya), “Volero” (2009/2010, İsveçrə), “Dinamo” (2010/2011), “Tomis” (2011/2012, hər ikisi Rumıniya), “Severyanka” (2012/2013, Rusiya), “Çanakkala Bld” (2013/2014, Türkiyə) və “Olimpiakos” (2014/2015, Yunanıstan) klublarının şərəfini qoruyub.

  3 dəfə Serbiya çempionu (2005, 2008, 2009) olan 182 sm boya malik hücumçu İsveçrə (2010) və Rumıniya (2012) çempionatlarının da qızıl medalına yiyələnib. Yovana, həmçinin Serbiya kubokunun 2 qat (2008, 2009) qalibidi. O, İsveçrə və Yunanıstanda da ölkə kubokunu başı üzərinə qaldırıb. Vesoviçin yığma karyerası da kifayət qədər zəngindi. 2006-cı ildən əsas komandanın şərəfini qoruyan voleybolçu 2011-ci ildə Avropa çempionu titulunu qazanıb. Bundan əlavə, London-2012-nin iştirakçısı olan oyunçu Avropa Liqasının 2 dəfə qızıl (2010, 2011), 1 dəfə bürünc (2012) medalına yiyələnib. Qitə çempionatında 2-ci (2007) də olan Yovana Universiadanın (2009) da finalında oynayıb, dünya çempionatı (2006) və Qran-prinin (2011) 3-cüsü olub. Qeyd edək ki, Bakı klubları cari transfer pəncərəsində yalnız bir-birinin oyunçuları ilə güclənib. Ölkə xaricindən gələnlər isə o qədər də tanınmış olmayıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018