Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Şahmat olimpiadası başladı – ilk gediş prezidentdən
02-09-2016

Bu gün “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.

İdmantv.az-ın “Azərtac”a istinadən yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətim başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət “Azərbaycan-1” komandası Zimbabve, “Azərbaycan-2” Mozambik, “Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə “Azərbaycan-1” komandası Nikaraqua, “Azərbaycan-2” Yaponiya, “Azərbaycan-3” isə Lesoto yığması ilə üz-üzə gələcək.

Sonra dövlət başçısı yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostenyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.

Azərbaycan Prezidenti əlil şahmatçıların yarışına da baxıb.

Prezident İlham Əliyev daha sonra arenada yaradılan şəraitlə tanış olub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016