Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Cüdoçularımız Böyük Dəbilqənin ilk günündə 2 medal qazandı
17-07-2016

Rusiyanın Tümen şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışına start verilib. Yarışın ilk günündə Azərbaycan cüdoçuları iki medal qazanıblar. 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk qarşılaşmasında özbəkistanlı Doniyor Sultanbəyi məğlub edib. Lakin yarımfinalda meydan sahibi Albert Oğuzova uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Növbəti rəqibi də rusiyalı olan cüdoçumuz bu dəfə qarşılaşmadan qalib ayrılıb. Sayan Kertek üzərində qələbəyə sevinən Müşkiyev mötəbər turnirin bürünc medalını qazanıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən digər cüdoçumuz Davud Məmmədsoy ilk qarşılaşmasında Albert Oğuzova məğlub olub. Təsəlliverici görüşdə özbəkistanlı Doniyor Sultanbəyə qalib gələn Məmmədsoy bürünc medal uğrunda görüşdə meydan sahibi Dmitri Kulikovu da məğlub edərək millimizin aktivinə növbəti medalı yazdırıb.

Qeyd edək ki, 25 ölkədən 124 idmançının (73 kişi, 51 qadın) mübarizə apardığı “Böyük Dəbilqə” yarışında Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016