Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Əfsanəvi basketbolçu karyerasını bitirdi
12-07-2016

San Antonionun heyətində 5 dəfə NBA çempionu olan Tim Dankan karyerasını bitirib.

Dankan liqada 19 il keçirib. Bu müddət ərzində Spörs 438 oyunda məğlub olub , 1072 oyunda isə qələbə qazanıb.Həmin müddət ərzində bu bütün amerika liqalarında ən yaxşı göstəricidir.

Dankan 97-ci ilin draftında seçilib və NBA tarixində 3 müxtəlif onillikdə  çempion komandanın heyətində meydana çıxmaqla unikal göstəriciyə malikdir.

Tim Dankan 15 dəfə NBA-nın müxtəlif rəmzi yığmalarına daxil edilib (buna görə 1-ci yeri bölüşdürür), 15 dəfə Ulduzlar oyununda iştirak edib  (1-ci yeri bölüşdürür)  və 15 dəfə müdafiəçilərin yığmasına seçilib (1-ci göstərici). O , 2 dəfə müntəzəm çempionatda  MVP  (2002, 2003) , 3 dəfə də final seriyasında  MVP (1999, 2003, 2005) seçilib.

Karyerası ərzində  1392 oyun keçirən Dankanın orta göstəriciləri  19,0 xal, 10,8 ribaund, 3 ötürmə və  2,2 blok şotdur.

Dankan playoff-da 9 mindən artıq dəqiqə keçirən yeganə basketbiolçuduru. O , burada 251 oyun keçirib.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016