Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
2016-cı ilin Dünya kuboku finalı Bakıda!
01-06-2016

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 22 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü, 34 gimnast və 11 qrup hərəkətləri  komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.  

Bu il  Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı 4 nəticəyə əsasən birinci yeri tutan gimnastlar və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan idmançılarına gəldikdə isə, yarışlarda İlk Avropa Oyunlarının gümüş medalçısı, Avropa Çempionatının bürünc mükafatçısı, qarşıdan gələn Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda, eləcə də böyük gimnastlar sırasına yenicə qədəm qoymuş, Avropa Çempionatının gənclər arasında  gümüş medalının sahibi Jalə Piriyeva iştirak edəcəklər. Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep Azərbaycanı qrup hərəkətləri komandalarının yarışlarında təmsil edəcəklər.

Bu dəfə də, bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.  

Biletləri Milli Gimnastika Arenasının (MGA) kassası, eləcə də "Bazarstore" supermarketlər şəbəkəsindən (Xətai, “28 Mall”) əldə etmək olar. Biletlərin qiyməti 5-20 manat təşkil edir. Biletlər yarışların hər 3 gününə alındıqda, endirimlər təklif olunur. Tələbələr də xüsusi endirimdən yararlana bilərlər.

Daha ətraflı məlumatı telefon vasitəsilə (+994 12/51 566-96-99), həmçinin AGF-nin rəsmi internet saytından (www.agf.az) əldə etmək olar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016