Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bakı Şahmat Olimpiadasının maskotu
25-05-2016

Bakı Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictmaiyyətə və mediaya təqdim olunub. 2016-cı ilin martında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən elan olunan Milli Yaradıcılıq Müsabiqəsinə 600-dən çox müxtəlif rəsmlər daxil olub. Müsabiqə başa çatandan sonra Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi bütün rəsmləri müzakirə edərək, Musa Cəngiyevin müəllifi olduğu maskotu qalib elan edib.

Musa Cəngiyev müəllifi olduğu maskot haqda bunları deyib: "Şahmat haqda bir sıra məlumatlar topladıqdan sonra maskotun hazırlanmasına başladım. Təqdim etdiyim gənc şahmatçı obrazıdır. Eynək geyinib. Qara saçları və qaşları bizə məxsus olan cizgilərdir. Həmin gəncin geyimini milli və modern üslübunda həll etdim. Şah şahmatda da vacib fiqurlardandır. Bizim tariximizdə də şahlar olub. Ona görə gənci şahlara məxsus xalata geyindirdim. Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür. Bu oğlanın köynəyi, şalvarı və ayaqqabısı müasir tərzdə həll edildi. Rəsmi hazırlayarkən bir qədər enerjili və düşünməyi sevən obraz yaratmağa çalışırdım. Çox şadam ki, mənim rəsmim Bakı Şahmat Olimpiadasının rəsmi maskotu elan edilir".

42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu "ŞAH OĞLAN" (CHESS MATE) adlandırılıb. 

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016