Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
22-05-2016

Taekvondo üzrə Avropa çempionatı davam edir. İsveçrənin Montrö şəhərində keçirilən qitə çempionatının ikinci günü daha 4 idmançımız mübarizəyə qatılıb. Kişilər arasında 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, 68 kq çəki dərəcəsində Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, qadınlardan isə Patimat Abakarova və Gülhanım Yeşildal ( hər iksis -53 kq) dayanq üzərinə çıxıb.

Abakarova uğurlu çıxış edərək gümüş medala sahib olub. Belə ki, o, İnese Taevida (Latviya) (3-0), Draqana Qladoviça (Serbiya) (6-2) və Kiprli Despina Pilavaki (3-1) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda Floriane Liborionu üzərində qələbə qazanan (4-2) həmyerlimiz yalnız finalda Tatyana Kudaşovaya minumal (3-4) hesabla məğlub olaraq gümüş medala layiq görülüb.

Bu çəkidə mübarizəyə qoşulan digər qadın taekvondoçumuz Gülhanım Yeşildal isə Tatyana Kudaşovaya start döyüşündə (1-3) məğlub olaraq yarışı erkən başa vurub.

Kişi taekvondoçularımızdan 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov türkiyəli idmançı Orxan Gülərə (9-3) və erməni rəqibi Serqey Avanesova (3-0) şans verməsə də, yarımfinal uğrunda döyüşdə qarşılaşdığı Joel Bonilla Qonzalezə (0-1) məğlub olub.

Ayxan Tağızadə (-68 kq) isə ilk mərhələdən azad olub. Latviya təmsilçisi Deniss Kulibiksə (14-02), Konstantinos Camalidisə (Yunanıstan) (16-2) şans verməyən Tağızadə də yarımfinalın bir atdımlığında erməni idmançı Serqey Vazdazaryana 0-1 hesabı ilə məğlub olaraq yarışda iştirakını başa vurub.

Qitə çempionatının üçüncü günü milli komandamızın kişi taekvondoçularından -74 kq çəki dərəcəsində Səid Quliyev və Namaz Heydərov, -80 kq çəki dərəcəsində Ramin Əzizov və Milad Beigi Hərçəqani, qadınlardan isə Yaprak Eriş (-62 kq), Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016