Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Tur de Azərbaycan-2016: Üçüncü mərhələdə Matey Müqerli qalib oldu
07-05-2016

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu alınıb - 2-ci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib. Bu dəfə Matey Müqerli azarkeşlərə sevinc dolu anlar yaşadıb.

Marşrutu 4 saat, 18 dəqiqə, 44 saniyəyə başa vuran Müqerli, bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə dünən olduğu kimi, yenidən Avstryianın "Felbermayr - Simplon Wels" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Birləşmiş Ərəb Əmirliklərinin "NASR-Dubai" komandasının üzvü Luka Vakerman tamamlayıb.

"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yeri qorumağa imkan verib. Ümumi təsnifata gəlincə, komanda üzvlərimizdən Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür.

3 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə də yiyələnib. İtaliyanın "Unieuro Wilier" komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini, Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.

"Bu gün maraqlı finiş alındı. Sona az qalmış rəqiblərim hücuma keçdi və bu səbəbdən sürəti artırmalı oldum" - deyə, mərhələnin qalibi Matey Müqerli mətbuat kobfransında bildirib. Onun sözlərinə görə, belə bir yarışda uğur qazanmaq həm onun özü, həm də komandamız üçün olduqca vacibdir: "Ötən il komanda hesabında çempion olduq, dağ köynəyini götürdük, amma mərhələ qalibiyyətimiz olmadı. Bu dəfə isə artıq 2 dəfə mərhələ qalibi olmuşuq".

Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan sabahkı yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürəcəklər və 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016