Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Azərreyl" klubu 15 yaşını qeyd edir
07-04-2016

Ölkəmizin məşhur voleybol klublarından olan "Azərreyl"in yaranmasının 15-ci ili qeyd olunur. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, millimizin baş məşqçisi, təcrübəli mütəxəssis Faiq Qarayev bir neçə ay ərzində komandanı yığmağa başlayıb. 2001-ci il aprelin 6-da isə "Azərreyl" klubunun yaranması rəsmi olaraq elan edilib. 

Qısa vaxt ərzində qazandığı qələbələrlə azarkeşləri sevindirən "Azərreyl" artıq 2002-ci ildə ölkəmizə avrokubokda çempionluq sevinci yaşadıb. Həmin il çıxış etdiyi Avropa Top Komandalar Kubokunda çempion olan komanda Azərbaycan voleybolunun flaqmanı hesab edilir. Uğurlu çıxışları sıralayan və 2004-cü ildə Çempionlar Liqasının "Dördlər Finalı"na vəsiqə qazanan "Azərreyl" qitənin ən güclü dörd komandasından biri olmaqla ölkə voleybolu tarixində yeni səhifə yazıb. Millimizin əsasını təşkil edən komanda Avropada uğurlu çıxışını davam etdirib və 2011-ci ildə "Azərryel" Avropa Çelenc Kubokunda qalib olub. 

Komanda milllimizin üzvlərinin formalaşmasında və təcrübə qazanmasında əvəzsiz xidmətlərə malikdir. Bu günədək dünyanın bir sıra tanınmış və təcrübəli ulduz oyunçuları "Azərreyl"in şərəfini qoruyublar. 

15 yaşını qeyd edən "Azərreyl" hazırki mövsümdə Azərbaycan Super Liqasında qızıl medallar uğrunda mübarizə aparır. Final mərhələsində "Telekom"la yarışan komanda ilk görüşdə qalib gəlib. 

Qeyd edək ki, bu gün tərəflərin ikinci oyunu keçiriləcək. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018