Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Şahmat Olimpiadasının təşkilat komitəsi Baku Crystall Hall-da olublar
01-03-2016

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləriylə əlaqədar Təşkilat Komitəsi mötəbər yarışın keçiriləcəyi Crystal Hall-da olub. Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Gənclər və idman naziri Azad Rəhimov iştirak etdiyi görüşdə mötəbər yarışın təşkilatçılığıyla bağlı müzakirələr aparılıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, Təşkilat Komitəsi sentyabrda Bakı Şahmat Olimpiadasının keçiriləcəyi Crystall Hall-da olarkən yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin olimpiada vaxtı tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədiylə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-ə yaxın ölkədən, 2500-ə yaxın şahmatçı, məşqçi və rəsmi şəxslərin iştirakı gözlənilir.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016