Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Yeni mövsümün ilk qalibləri məlumdur
29-02-2016

Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə, 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil edilən yarışla start verilib. 2 gün davam edən "Mövsümün açılış yarışı"nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edib.

15 yaşadək idmançıların 20 km-lik qrup ötüşməsində 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi 1-ci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov 2-ci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb.

U-17, Gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 km məsafə qət ediblər. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. 2-ci yeri isə 8 saylı İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018