Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Şəhriyar Məmmədyarov: "Şahmatçılarımız" olimpiadaya hazır deyil"
12-01-2016

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov 2016-cı ildə iştirak edəcəyi ilk yarışından danışıb. Məmmədyarov Veyk-An-Zeedə onu güclü rəqabətin gözlədiyini deyib:

"Hollandiyada keçirilən turnirin böyük tarixi var. İlin ilk yarışı Veyk-An-Zee olacaq. Çətin və güclü yarışdır. Bir sıra güclü şahmatçılarla qarşılaşacağam. Sözsüz ki, asan olmayacaq. Amma buna hazıram. Veyk-An-Zeedə iştirak etmək yaxşı haldır. Bununla belə nəticə də önəmlidir".

Şəhriyarın fikrincə, əsas rəqibi dünya çempionu Maqnus Karlsen olacaq: "Bütün şahmatçılar güclü rəqabət yaradacaq. Turnirdə 14 şahmatçı iştirak edir. Reytinqə görə 9-cuyam. Deməli hər bir görüşə ciddi hazırlaşmalıyam. Sözsüz, əsas duel Maqnus Karlsenlə olacaq. Son yarışda Qətərdə keçirilən turnirdə onunla oynadıq. Yenə son anda partiyada dönüş etdi. Karlsen başımıza "bəla" olub. Doğrudan güclüdür və hər görüşdə sona qədər oynayır. Veyk-An-Zeedə eyni zamanda Giri, Karuana və So kimi şahmatçılar olacaq, bu mənada hər tur böyük əhəmiyyət kəsb edəcək. İlin ilk turnirindən çox şey asılıdır. Yaxşı nəticə olarsa, o biri turnirlərə də təsir edəcək".

Məmmədyarov Maqnus Karlsenə qarşı xüsusi olaraq hazırlaşacağını dedi: "Bu turnirləri yaxşı mənada Karlsen "korlayır". Ona qarşı oynamaq çətindir. Gərək Hollandiyada yeni bir taktika hazırlayım. Məğlubedilməz şahmatçı olmur. Amma Maqnusun özünəinamı yüksəkdir və bütün yarışları eyni səviyyədə keçirir. Bu amil rəqiblərinə problem yaradır. Ona qarşı tam başqa oynamağa çalışacağam".

Azərbaycan şahmatçısı sentyabrda Bakıda keçiriləcək Şahmat Olimpiadasından söz açmaqla ölkəmizə bir çox komandaların fərqli heyətlə gələcəyini bildirdi: "Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası rəqabət baxımından ən güclüsü olacaq. Ötən il Dünya Kuboku belə oldu. Şahmat Olimpiadasına bəzi komandalar güclü heyətlə gələcək. Məsələn, ABŞ millisi əvvəllər o qədər təhlükəli deyildi, amma indi heyətdə Fabiano Karuana var. Eləcə də digər komandalar. Çin millisini unutmaq olmaz. Rusiya, Ukrayna hər zaman olduğu kimi iddialı olacaq. Demək istəyirəm ki, heyət baxımından mükafatçılar sırasına düşmək istəyən milli çoxdur".

Azərbaycan yığmasının şanslarından danışan şahmatçı hazırda komandanın mötəbər turnirə hazır olmadığını söylədi: "Azərbaycan millisi hazırda Şahmat Olimpiadasına hazır deyil. Bilmirəm, bəlkə nəsə dəyişməliyik. Amma bir qədər hazırlıq lazım olacaq. Bakıda keçiriləcək mötəbər yarışda bizdən uğur gözləyirlər. Bu mənada maksimum güc sərf etməliyik. Rəqabət güclü olsa belə, yüksək hədəflər uğrunda yarışmaq vacibdir. Hər zaman düzünü deməyə çalışıram, amma milli komanda bu gün nəticə qazanmaq üçün hazır deyil".

"Dünya şahmatı çox güclənib. ABŞ-da Karuana, So var. Böyük ölkələr yeni şahmatçılarla gücləniblər. Çin millisi son zamanlar çox yaxşı nəticələr göstərir. Son olimpiadada 9-cu tura qədər liderliyi qoruduq. Biz çalışmalıyıq ki, doğma divarlar bizə kömək olsun. Son tura qədər liderlik uğrunda mübarizə aparmalıyıq. Elə çıxış etməliyik ki, heç kim təəccüblənməsin".

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016