Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Çövkən oyunu üzrə 4-cü Azərbaycan çempionatı keçiriləcək
07-10-2015

Oktyabrın 16-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatına start veriləcək.

Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 24 komanda iştirak edəcək. 17-22 dekabr 2014-cü il tarixlərdə Şəki şəhərində təşkil olunan Prezident Kuboku uğrunda Milli Atüstü Oyunlar Festivalı çərçivəsində keçirilən çövkən çempionatında ilk 8 yeri tutmuş komandalar yarışa 1/8 final mərhələsindən qoşulacaqlar.

Çempionatın ümumi mükafat fondu 50 min manat təşkil edir.

Yarışların qrafiki belədir:

• 16 oktyabr 2015-ci il – 4 play-off oyunu;
• 17 oktyabr 2015-ci il – 4 play-off oyunu;
• 18 oktyabr 2015-ci il – 4 play-off oyunu;
• 19 oktyabr2015-ci il – 4 play-off oyunu;
• 21 oktyabr 2015-ci il – ¼ final oyunları;
• 22 oktyabr 2015-ci il – 2 yarımfinal oyunları;
• 24 oktyabr 2015-ci il – 3-cü yer uğrunda və final oyunu.

Çövkən milli atüstü oyunu üzrə 4-cü Azərbaycan çempionatında iştirak edəcək komandaların siyahısı:

1) “Sərhədçi” çövkən komandası
2) “Kövsər” çövkən komandası
3) “Ağstafa” çövkən komandası
4) “Ağdam” çövkən komandası
5) “Şəki” çövkən komandası
6) “Ağcabədi” çövkən komandası
7) “Laçın” çövkən komandası
8) “Polad” çövkən komandası
9) “Balakən” çövkən komandası
10) “Zaqatala” çövkən komandası
11) “Qax” çövkən komandası
12) “Oğuz” çövkən komandası
13) “İsmayıllı” çövkən komandası
14) “Yevlax” çövkən komandası
15) “Bərdə” çövkən komandası
16) “Goranboy” çövkən komandası
17) “Göygöl” çövkən komandası
18) “Qazax” çövkən komandası
19) “Tovuz” çövkən komandası
20) “Daşkəsən” çövkən komandası
21) “Qəbələ” çövkən komandası
22) “Xaçmaz” çövkən komandası
23) “Batabat” çövkən komandası
24) “Elit” çövkən komandası

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycanın qədim atüstü milli oyunlarının geniş xalq kütlələri arasında yayılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğ edilməsindən ibarətdir.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016