Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Lokomotiv" almaniyalı voleybolçu transfer etdi
29-08-2015

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Lokomotiv” daha bir voleybolçunun keçidini rəsmiləşdirib. Bakı təmsilçisi, həmçinin Almaniya millisinin blokçusu Berit Kauffeldt ilə də 1 illik müqavilə imzalayıb. 190 sm boya malik Kauffeldt Polşanın “İmpel” klubundan transfer olunub. O, Vrotslav təmsilçisindən öncə “Şverner” (2007-2012, Almaniya), “Pallovolo” (2012-2013) və “Conegliano” (2013-2014, hər ikisi İtaliya) komandalarının şərəfini qoruyub. Kauffeldtin əsas uğurları Almaniya çempionatına təsadüf edib. “Şverner”lə 3 dəfə Bundesliqanın qalibi olan blokçu 1 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. Millisinin heyətində 49 qarşılaşmaya çıxan Berit son illər özünü yaxşı tərəfdən göstərə bilməsə də, gənclər millisində fəxri kürsüyə yüksəlməyi bacarıb. 2007-ci ildə Avropa çempionu olan blokçu 2 il sonra mundialın qalibi olub. Kauffeldt əsas komanda ilə isə ötən il Avropa Liqasının finalında oynayıb.Qeyd edək ki, Əzimova və Kauffeldtin “Lokomotiv”ə gəlişi ilə komandadakı oyunçuların sayı 11-ə çatıb. Bakı klubu onlara kimi türkiyəli Özge Kırdar Çemberci, amerikalı Kanani Danielson, Hana Çutura (Xorvatiya) və Yaroslava Pencova (Slovakiya) ilə anlaşıb, çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb. Həmçinin, ötən il 2 illik anlaşma imzalanan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova (hər üçü Azərbaycan) da komandada çıxışını davam etdirəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018