Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Daha bir idmançımız olimpiya oyunlarına lisenziya qazandı
25-08-2015

Azərbaycanın daha bir idmançısı Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə keçirilən dünya çempionatını Azərbaycan millisi 3 olimpiya lisenziyası ilə başa vurub.

Sonuncu lisenziyaya da kayakçı İnna Osipenko-Rodomska sahib çıxıb. O, qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurub. Finişə 41,548 saniyəyə çatan 33 yaşlı idmançı yeni zelandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb.

Daha öncə Osipenko Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə 5-ci yerin sahibi kimi olimpiadada iştirak hüququna yiyələnib. Bu, Azərbaycan üçün tarixi nailiyyətdir. İndiyədək digər növlər üzrə dünya çempionatlarında birdən-birə 2 olimpiya lisenziyası qazanan olmayıb. Üstəlik, ölkəmiz kayak növündə ilk dəfə olimpiadada təmsil olunacaq.

Digər tərəfdən, Valentin Demyanenko ardıcıl ikinci dəfə olimpiadada iştirak hüququ əldə edib. 32 yaşlı idmançı dünya çempionatında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə 6-cı yerin sahibi kimi buna nail olub.

Beləliklə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan millisi kayak və kanoe yarışlarında ilk dəfə ən azı 3 medal uğrunda mübarizə aparacaqlar. Amma lisenziyaların sayı daha da arta bilər. Dünya çempionatında lisenziyasız qalan təmsilçilərimiz bunun üçün gələn ilin mayında təşkil olunacaq Avropa təsnifat reqatasında ilk 2 yerdən birini tutmalıdırlar.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı Valentin Demyanenkodan əlavə, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Sergey Beziqlıy - Maksim Prokopenko dueti təmsil edib. Bu dəfə Bezuqlıyın Aleksey Kupinlə dueti olimpiya məsafəsi sayılan 1000 metr-lik yürüşdə yarımfinal səddini keçə bilməyib. Onlar 500 metr məsafəyə yürüşdə finala çıxsalar da, 5-ci olublar. Ümumi komanda hesabında Azərbaycan millisi dünya çempionatını 130 xalla 86 ölkə arasında 25-ci pillədə başa vurub. Xallardan 71-i kanoeçilərin (Valentin Demyanenko, Taras Matviyçuk, Sergey Bezuqlıy - Aleksey Kupin), 51-i qadın kayakçı İnna Osipenko-Rodomskanın, 8-i isə kişi kayakçı Mirnazim Cavadovun aktivinə yazılıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016