Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Super Liqasının final mərhələsinin oyunları sona yaxınlaşır
07-05-2011

Super Liqasının final mərhələsinin oyunları sona yaxınlaşır

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibinin adı məlumdur.“Azərreyl”in “Lokomotiv”ə məğlub olması “Rabitə”ni ardıcıl 5-ci dəfə ölkə çempionu edib. Günün ilk oyununda “Azərreyl” “Lokomotiv”lə üz-üzə gəlib. Qarşılaşmaya “Lokomotiv” voleybolçuları daha fəal başlayıblar. Bunun mətiqi nəticəsidir ki, Draqutun Baltiçin komandası 1-ci seti öz xeyrinə qurtarıb 25-18. 2-ci setdə isə “Azərreyl” voleybolçuları təşəbbüsü ələ alıblar. Bu hissədə Vüqar Əliyevin komandası rəqibini 4 xal qabaqlayıb 25-21. 3-cü setdə “Lokomotiv” yenidən təşəbbüsü ələ alıb və bu hissəni aktivinə yazıb 25-20. 4-cü setdə isə “Azərreyl” 25-18 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib 2-2. 5-ci - həlledici hissədə də azarkeşlər gərgin və maraqlı mübarizənin şahidi olublar. Xala-xal prinsipi ilə keçən hissədə “Lokomotiv” sevinən tərəf olub 15-13. Bununla da, matç “Lokomotiv”in 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

“LOKOMOTIV”  3:2   “AZƏRREYL” (25:17, 20:25, 25:20, 18:25, 15:12)

Günün digər oyununda ölkə çempionu Rabitə və İqtisadçı komandaları üz-üzə gəliblər. Qələbə Universitet komandasının gümüş medal qazanmaq imkanlarını saxlayıb. Turun son görüşündə “Rabitə” və “İqtisadçı” komandaları münasibətlərini aydınlaşdırıb. Artıq bu qarşılaşmayadək çempionluğunu rəsmiləşdirən Dejan Brdjoviçin rəhbərlik etdiyi Rabitə oyuna daha fəal başlayan tərəf olub. Bununda məntiqi nəticəsi kimi ilk hissə rabitəçilərin üstünlüyü ilə yekunlaşıb. Rabitə ilk setdə İqtisadçıya cəmi 19 xal qazanmağa imkan verib. 25-19. Lakin 2-ci hissədə təşəbbüsə yiyələnən universitet komandası hesabı bərabərləşdirib. Gərgin və maraqlı mübarizə şəraitində keçən 2-ci set tələbələrin 28-26 hesablı qələbəsi ilə yadda qalıb. Sonrakı hissələrdə də inamla mübarizə aparan İqtisadçı, ardıcıl 3-cü və 4-cü setləri də öz xeyrinə başa vurub. 25-17 və 25-23. Beləliklə də “Rabitəni” 3-1 hesabı ilə məğlub edən “İqtisadçı” gümüş medal qazanmaq imkanını saxlayıb. Tələbələr son turda  “Lokomotiv”ə hər 3 setdə qalib gəlsə və “Azərreyl”  “Rabitə”yə uduzsa bu zaman İqtisadçı mövsümü 2-ci pillədə bitirəcək.

“RABİTƏ 1:3  “İQTISADÇI”   (25:19, 26:28, 17:25, 23:25)

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018