Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Qəbələdə olimpiya atıcılıq növləri üzrə Qran-pri turnirinin açılışı olub
18-05-2015

Mayın 16-da Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışlarının rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasına daxildir və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ikinci beynəlxalq turnirdir.

Məlumat verilib ki, ümumi mükafat fondu 96,5 min ABŞ dolları olan turnirdə 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə, Ukraynadan 150-yə yaxın idmançı iştirak edəcək. Bu beynəlxalq yarışda Azərbaycanı Olimpiya çempionu Zemfira Meftahəddinova, Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu olan Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə ölkə çempionu olan Elvin İsmayılov, dünya kubokunun finalçısı, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, tanınmış atıcılardan Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev, Alina Rafiqxanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev, Əli Hüseynli təmsil edəcəklər.

Açılış mərasimində Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Azərbaycan Atıcılıq Federasiyasının və “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçiriləcək yarışlara mayın 24-də yekun vurulacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016