Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Mingəçevirdə test yarışı başladı
03-04-2015

Bu gün Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvə Beynəlxalq Prezident Kuboku reqatası start götürəcək. Sayca 8-ci dəfə təşkil olunacaq reqata "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakteri daşıyacaq.

100-dək avarçəkənin qatılacağı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil edəcək. Onlar Bakı və Mingəçevirdəki "Kür" klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvləri olacaqlar. Bundan başqa Gürcüstanın bütün növlərdə 22, Türkiyənin isə kayak və kanoe üzrə 8 təmsilçisi çıxış edəcək.

Amma "Bakı 2015"in proqramında akademik avarçəkmə yox, kayak və kanoe növləri yer alır. Bu səbəbdən, əsas diqqətlər hər 2 növ üzrə nüfuzlu reqatalarda öz sözlərini deməyi bacaran Azərbaycan yığmasının aparıcı üzvlərinə yönələcək. Bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko ilə kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskayadır. Eyni zamanda kanoeçilərdən Sergey Bezuqlıy - Aleksey Kupin və kayakçı Mirnazim Cavadovla Tamerlan Mustafayevin çıxışları böyük maraq doğurur.

Prezident Kubokunun daha bir özəlliyi yeni mövsümə start xarakteri daşımasındadır. Məhz bu reqatadan sonra Azərbaycan yığmalarının qarşıdakı daha nüfuzlu yarışlar üçün heyətlər müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar yenilənmiş Olimpiya Mərkəzində keçiriləcək reqataya aprelin 5-də yekun vurulacaq. “Bakı 2015” öncəsi test xarakteri daşıdığından, Prezident Kubokunu Əməliyyat Komitəsinin (BEGOC) nümayəndələri də izləyicəklər. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016