Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Ağayar Axundzadə nazirlə razılaşmadı.
15-09-2011

Ağayar Axundzadə nazirlə razılaşmadı. “Cüdo seçməsinə cəlb olunacaq kanadalı mütəxəssisi tanımıram, hələ üzünü görməmişik”. Bu sözləri cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib. Gənclər və idman naziri Azad Rəhimov ötən həftə keçirdiyi mətbuat konfransında cüdo millimizə Kanadadan fiziki hazırlıq üzrə məşqçinin cəlb olunacağını bildirib. Axundzadə isə deyib ki, bu cür məşqçilər Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerin təklifi ilə və İJF-nin hazırladığı xüsusi proqram əsasında bütün ölkələrə göndəriləcək. Ölkələr həmin mütəxəssisləri yemək və qalmağa yerlə təmin etməlidir. Məşqçilər cüdoçuların fiziki imkanlarını nəzərdən keçirəcəklər. Axundzadənin fikrincə, böyüklərdən ibarət yığmamızda fiziki hazırlıq üzrə məşqçiyə ehtiyac yoxdur: “Biz olimpiya çempionu və olimpiya mükafatçısı hazırlaya bilmişiksə, fiziki hazırlıq üzrə məşqçiyə lüzum görmürəm. Bu gün bazaya ehtiyacımız var. Fiziki hazırlıq üzrə məşqçinin gələcəyini deyirlərsə, qoy gəlsin. Görək, nə öyrədəcək bizə? Bəlkə 3-4-cü olimpiya çempionu da hazırlayacaq?” Millimizin baş məşqçisi bildirib ki, fiziki hazırlıq üzrə məşqçi yeniyetmə və gənc cüdoçularımızla işləyə bilər. Böyüklərdən ibarət yığmanın isə buna vaxtı məhduddur. Çünki yarışlar arasındakı interval qısadır.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018