Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Yotov dünyada dekabrın yüksələn ulduzu sayılıb
22-12-2014

Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) Azərbaycan təmsilçisi Boris Yotovu dekabr ayının yüksələn ulduzu (“Rising star”) seçib. Bununla bağlı FİSA-nın rəsmi saytında xəbər və idmançının özü ilə blits-müsahibə yerləşdirilib.

Xəbərdə deyilir: “18 yaşlı Boris Yotov Azərbaycanın perspektivli avarçəkənidir. O, 2013-cü ildə yeniyetmələr arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Bu il Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla gümüş medala sahib olub. O, artıq yüksək səviyyəli idmançı olduğunu böyüklər arasında builki Avropa və Dünya Kubokunda 2 nəfərlik qoşa avarlı qayıqla yürüşdə gümüş medal qazanmaqla göstərib. Bu səbəblərdən FİSA Yotovu avarçəkmə dünyasında yüksəlişdə olan idmançı seçib”.

Blits müsahibədə isə Yotovun fikirləri yer alıb:

Mənim üçün avarçəkmə həyat yoludur...

İndiyədək avarçəkmədə ən sevimli nailiyyətim kimi Dünya Kubokunda 2 nəfərlik qayıqla yürüşdə 2-ci yeri qeyd edərdim...

Avar çəkməsəydim, məşğul olduğum idman növü ... voleybol olardı. Çünki uşaq yaşlarımda futbol və voleybolla məşğul olmuşam.

Mənim idmanda qəhrəmanlarım ... Xorvatiyadan olan Sinkoviç qardaşlarıdır...

Supergüclü olsaydım ... istənilən an istənilən yerdə görünmək üçün teleportasiya edərdim...

Sevimli məşqim ... intervalla məşqdir...

Sevmədiyim məşq ... konsept maşınıdır. Çünki bu, doğrudan da ağırdır...

Reqata məkanlarından daha çox bəyəndiyim ... İsveçrənin Lütsern şəhərindəkidir...

Avar çəkmədiyim vaxtlarda mən ... dostlarımla görüşməyi xoşlayıram...

Sevimli musiqim ... rep, sevimli artistim Eminemdir...

Avarçəkmədə hədəfim ... Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal qazanmaqdır...

Qeyd edək ki, Boris Yotov 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə Avropa çempionatı və Dünya Kubokundakı uğurlarını Aleksandr Aleksandrovla birgə qazanıb.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016