Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Dünya kubokunun qalibləri müəyyənləşdi
29-10-2014

Oktyabrın 23-27-də Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya kuboku yarışlarının final mərhələsi keçirilib. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edib.

Bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilən yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə ən güclüləri müəyyənləşdirib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunan yarışa dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq gəlib. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edib.
  
Yarışların ilk günündə qadın və kişilər pnevmatik tüfəngdən 10 və 25 metr məsafəyə atəş açmaq üzrə öz bacarığını nümayiş etdirib. Həmçinin, kişi və qadınlar arasında tapançadan 25 metr məsafəyə atəş açmaq və səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Bu yarışlarda Çin, İtaliya, Rusiya, Hindistan, Serbiya, Slovakiya, Avstarliya, ABŞ, Rusiya, Polşa, Monqolstan, Koreya, Meksika, Bolqarıstan və Sinqapurdan idmançıları iştirak edib.

Səngər stend atıcılığı üzrə qadınların yarışında Suzana Rehak Stefekova  (Slovakiya) birinci, Beaman Jo Janessa  (ABŞ) ikinci, Caterine Skinner  (Avstraliya) üçüncü, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında kişilər arasında Nazar Louginets (Rusiya) birinci, Niccolo Campriani (İtaliya) ikinci, Zhu Qinan (ÇİN) üçüncü yeri tutub.
 
Pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında qadınlar arasında Yi Siling (Çin) birinci, Andrea Arsoviç (Serbiya) ikinci, Şu Liuxi (Çin) üçüncü yeri tutub. Həmçinin, tapançadan 25 metr məsafəyə atəş açma yarışında isə qadınlar arasında Monika Karş (Almaniya) birinci, Gundegma Otryad (Monqolstan) ikinci,  Jingjing Zhang (Çin)  üçüncü yerə sahib çıxıb.
 
Güllə atıcılığındakı təmsilçilərimiz 25 m məsafəyə atəşaçmada hədəf önünə keçiblər. İradə Aşumova və Ruslan Lunyov müvafiq olaraq, 11 snayper arasında 11-ci və 12 idmançı arasında 9-cu olublar. Həmyerlilərimiz digər məsafələrə atışda iştirak etməyiblər.

Yarışların sonuncu günündə tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Daniel Brodmeir (Almaniya) birinci, Sengbe Zao (Çin) ikinci, Henri Junqahenel (Almaniya) üçüncü olub.
Dairəvi stend atıcılığı üzrə yarışda qadınlardan Albina Şakirova (Rusiya) birinci, Meng Vei (Çin) ikinci, Danka Bartekova (Serbiya) üçüncü, kişilərdən Dii Cin (Çin), Azmy Mehelba (Misir), Aleksandr Zemlin (Rusiya) üçüncü yeri tutub.

Dairəvi stend atıcılığı üzrə yarışlarda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Emin Cəfərov təsnifat yarışlarında Dünya Kuboku yarışlarının final mərhələsinə yüksəlib. İdmançımız final yarışlarında 5-ci yeri tutub. Qadınlardan isə Nurlanə Cəfərova 7-ci yerə çıxıb. 
Kubok və medalların sayına görə aparılan komanda hesabında Rusiya yığması birinci, Çin idmançıları ikinci, Almaniya atıcıları üçüncü yerə çıxıblar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016