Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Qəbələdə dünya kuboku başlayır
20-10-2014

"Qəbələ" Atıcılıq Klubu 21-28 oktyabr tarixlərində daha bir mötəbər turnirə - olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF WORLD CUP FINAL 2014 ) ev sahibliyi edəcək. Yarış "Qəbələ" Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələdə baş tutacaq.

Turnir Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur və bu səbəbdən medallar uğrunda mübarizə aparacaq ölkələrin sayı 40-a çatıb. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, baş katibi Frants Şrayber, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və digər rəsmi şəxslər də olacaq.

Dünya Kubokun finalı yarışları 7 mərhələdən ibərətdir və il ərzində Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münxen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı şəhərlərində (Qazaxstan) keçirilib. Güllə və stend atıcılığı növləri üzrə bu yarışların nəticələrinə görə ən yüksək reytinq toplaşmış 280 idmançı Qəbələyə gələcək.

Ölkəmizi isə bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi  dairəvi stend), İradə Aşumova və Ruslan Lunyov (hər ikisi güllə atıcılığı) təmsil edəcəklər.

Oktyabr 22-də Heydər Əliyev adına Konqres Mərkəzində turnirin  rəsmi açılış mərasimi keçiriləcək. 23-27 oktyabr tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı ISSF TV vasitəsilə canlı yayımlanacaq. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016