Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Gənc hokkeyçilərimiz AÇ-da ilk qələbələrini qazanıb
24-07-2014

Azərbaycanın  21 yaşadək oğlan otüstü hokkeyçilərdən ibarət seçmə komandası Çexiya Respublikasının Hrades Kralove şəhərində keçirilən Avropa çempionatında dünən 3-ü turda Litva hokkeyçiləri ilə qarşılaşıb və 3:2 hesabı ilə qələbə qazanıb. İlk 2 turda Çexiya və Türkiyə hokkeyçilərinə müvafiq olaraq 1:4 və 1:3 hesabı ilə məğlub olan yığmamız dünən Litva təmsilçiləri ilə görüşdə kifayət qədər  üstün tərəf olsa da, qələbə yalnız 1 top üstünlüklə ifadə olunub.

 

Matçın 24-cü dəqiqəsində komandamızın kapitanı Kənan Şirinov çoxsaylı qol imkanlarının birindən istifadə edərək hesabı açıb.Tərəflər fasiləyə elə hokkeyçilərimizin 1:0 hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissə də həmyerlilərimiz üstün oyun nümayiş etdirərək 47-ci dəqiqədə hesabı 2:0-a çatdırıblar. Bu dəfə  də Kənan Şirinov fərqlənib. Lakin 3 dəqiqə keçmiş litvalılar hesab arasındakı fərqi yenə də 1 topa endiriblər. Sona 2 dəqiqə qalmış Anar Abdullayev yenidən komandamızın hesabda 2 top fərqlə irəlidə olmasına şərait yaradıb. Amma sonuncu dəqiqədə Litva hokkeyçiləri daha bir qol vuraraq matçın 3:2 hesablı qələbəsini rəsmləşdiriblər.

 

Dünən III tur çərçivəsində keçirilən digər 2 oyun belə nəticələnib:             

 

Türkiyə - Slovakiya – 1:2 (1:1)

Çexiya – Cəbəllütariq – 4:3 (3:0)

 

Beləliklə, keçirdikləri 3 oyunun hamısını qələbə ilə başa vuran Çexiya hokkeyçiləri 9 xalla    vahid liderdirlər. Rəqibindən 2 xal geri qalan Türkiyə komandası II yerdədir. Aktivində 4 xalı olan Slovakiya yığması III pilləni tutur. Azərbaycan idmançıları 3 xalla hələlik 4-cü yerdə qərarlaşıb. 2 oyunu heç-heçə və 1-ni məğlubiyyətlə başa vuran Cəbəllütariq təmsilçiləri V sıradadırlar. İlk 3 oyunda məğlub olan Litva komandası cədvəldə sonuncudur.

 

Bu gün yarış iştirakçıları istirahət edir. Sabah IV tur çərçivəsində   Azərbaycan yığması Slovakiya təmsilçiləri ilə qarşılaşacaq. Nəhayət, qitə çempionatının sonuncu günü - iyulun 26-da seçmə komandamız Cəbəllütariq hokkeyçilərini sınağa çəkəcək.

 

Xatırladırıq ki, bu yarışda  ilk 2 yeri tutan komanda Avropa çempionatının II divizionuna vəsiqə qazanacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016