Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Kanfori Silla "Neftçi"ni qane etmədi.
06-09-2011

Kanfori Silla "Neftçi"ni qane etmədi. "Neftçi" PFK qvineyalı futbolçu Kanfori Silla ilə anlaşmanı ləğv edib. Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin fiziki durumunun qənaətbəş olmamasıdır. Silla flaqmanın məşq proseslərində iştirak etməklə yanaşı, "Neftçi"nin əsas və əvəzedici komandaları arasında sentyabrın 3-də keçirilmiş yoxlama görüşündə də meydana çıxıb. Karyerası ərzində "Şarlerua" (Belçika), "Erqotelis" (Yunanıstan), "Kallitea" (Yunanıstan), "Sivasspor" (Türkiyə), "İstanbulspor" (Türkiyə), "Konyaspor" (Türkiyə) və "Etual de Qvineya" (Qvineya) klublarının şərəfini qoruyan futbolçunun hazırkı fiziki durumu məşqçilər korpusunu qane etməyib. Buna görə də müqavilənin şərtlərinə uyğun olaraq, futbolçu ilə anlaşma ləğv olunub. "Neftçi" PFK sentyabrın 4-dən komandanın məşqlərinə qatılmayan Kanfori Silla ilə yollarını rəsmən ayırıb. Xatırladaq ki, müqavilənin şərtlərinə görə, oyunçu məşq proseslərində özünü yaxşı tərəfdən göstərəcəyi halda müqavilə avtomatik olaraq qüvvəyə minəcəkdi. "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Kanfori Silla yaxşı futbolçu olsa da, fiziki hazırlığı bizi qane etmədi. Fiziki durumunun istənilən səviyyədə olması üçün ən azı 1,5-2 ay müddətinə ehtiyac var ki, bu da "Neftçi"nin hədəflərinə uyğun deyil. Artıq klub rəhbərliyinə raport vermişik və bu haqda müvafiq qərar verilib".

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018