Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
01-09-2011

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Dünya çempionatının yekununa əsasən açıqlanan siyahı Azərbaycan milli komandasının liderləri üçün elə də uğursuz olmayıb. Ağayar Axundzadənin yetirmələrindən çempionatda bürünc mükafat qazanan İlqar Müşkiyev 7 pillə irəliləyərək, 12-ci yerə yüksəlib. 60 kq çəkidə yarışan cüdoçumuz aktivindəki reytinq xalını 619-a çatdırıb. İlqarla eyni çəkidə mübarizə aparan Nicat Şıxəlizadə isə uğursuz çıxışdan sonra Olimpiadaya yollanmaq arzularının üstündən xətt çəkib. Həmyerlimiz yeni cədvəldə 2 pillə geriləyib və 53-cü yerə enib. Seçməmizin aparıcı üzvləri - Elnur Məmmədli, Elxan Məmmədov və Kifayət Qasımovanın mövqeyində dəyişiklik olmayıb. Onlar son siyahıda olduğu kimi, müvafiq qaydada, 3-cü, 5-ci və 7-ci pillələri tuturlar. Dünya çempionatını 7-ci yerdə başa vuran Tərlan Kərimov isə digər rəqiblərinin uğurlu çıxışı səbəbindən 1 pillə geri düşüb. O hazırda öz çəkisində 15-cidir. Yarışda 5-ci olan Elxan Rəcəbli və 1/8 finala çıxan Ramilə Yusubova isə hərəyə 2 pillə irəliləyərək 16-cı yerə yüksəliblər. Millimizin ən ağır çəkili idmançısı Elmar Qasımov isə reytinq cədvəlində geriləməkdə davam edir. İdmançımız hazırda 2 pillə geriləyib və 29-cu yerdədir. Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yerin, zəriflər arasında isə 12 yerin sahibləri  lisenziya qazanacaqlar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018