Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İngiltərə Premyer liqasında isə 3-cü turun oyunları keçirilib.
29-08-2011

İngiltərə Premyer liqasında isə 3-cü turun oyunları keçirilib. Turun mərkəzi görüşündə “Mançester Yunayted” və “Arsenal” komandaları üz-üzə gəliblər. “Mançester Yunayted” “Old Traford”da “Arsenal”ı qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri 22-ci dəqiqədə “Arsenal”ın qapısına yol tapıblar. Daniel Ulbek fərqlənib. Az sonra London təmsilçisi hesabı bərabərləşdirmək üçün yaxşı imkan əldə etsə də  Robi van Persi 11 mertlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Əvəzində Ser Aleks Fürqussonun yetirmələri matçın 28 –ci dəqiqəsində Eşli Yanqın vurduğu qolla hesabı 2-0-a çatdırıblar. İlk yarının sonlarına yaxın Mançester futbolçuları növbəti dəfə rəqibi meydanın mərkəzinə dəvət ediblər. Uen Rumi komandasının üstünlüyü bir qədər də möhkəmləndirib. 3-0 Birinci hissənin son dəqiqəsində “Arsenal” bu qollardan birinin əvəzini mıxıb. Teo Uolkot hesab arasındakı fərqi azaldıb. Fasilədən sonra da hücumlarını davam etdirən “Mançester Yunayted” 64-cü dəqiqədə yenidən fərqlənib. Uen Rumi özünün 2-ci, komandasının isə 4-cü qolunun müəllifi olub. 3 dəqiqədən sonra səhnəyə Nani çıxıb. Portuqaliyalı yarımmüdafiəçi hesabı 5-1 edib. Ardıcıl hücumlar təşkil edən meydan sahibləri görüşün 70-ci dəqiqəsində 6-cı topu “Arsenal”ln qapısından keçiriblər. Eşli Yankın ötürməsindən sonra Yu Sun Park hədəfdən yayınmayıb. 74-cü dəqiqədə Robi van Perse “Arsenal”ın 2-ci qolunu vurub. 3 dəqiqədən sonra Arsen Vengerin komandası daha bir zərbə alıb. Karl Cenkinson qırmız vərəqə alaraq meydandan qovulub.  “Mançester Yunayted” bu üstünlükdən də məharətlə istifadə edərək daha iki qol vurub. Əvvəlcə 82-ci dəqiqədə Uen Rumi penalti zərbəsindən fərqlənərək hetrix edib. Oyunun son dəqiqəsində isə Eşli Yank “Mançester Yunayted”ın 8-ci qolunun müəllifi olub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018