Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Futbol üzrə İspaniya çempionatına start verilib.
29-08-2011

Futbol üzrə İspaniya çempionatına start verilib. Ötən həftə sonu La Liqanın ilk turunun oyunları təxirə salındığından komandalar ikinci turdan mübarizəyə başlayıblar. Çempionuluğa iddialı komandalardan olan Madrid “Real”ı mövsümə böyük hesablı qələbə ilə başlayıb. La Liqanın əsas favoritlərindən olan “Real” Madrid  səfərdə “Saraqosa” ilə qarşılaşıb. Oyuna sürətli hücumlarla başlayan madridlilər 24-cü dəqiqədə hesabı açmağa müvəffəq olublar. Məsut Özilin ötürdüyü topu Kriştiano Ronaldo qapıya yönəldib. 4 dəqiqədən sonra “Real” hesabı 2-0-a çatdırıb. Bu dəfə Marselo “Saraqosa”nın qapısna qol tapan futbolçu olub. Paytaxt təmsilçisi fasilədən sonra da üstün oyun nümayiş etdirib. 64-cü dəqiqədə təşkil olunan hücumu Xavi Alonso qolla tamamlayıb. “Real”ın hücumlarının qarşısında aciz qalan meydan sahibləri 71-ci dəqiqədə qapısından daha bir top buraxıblar.  Kriştiano Ronaldo bu dəfə Anxel Di Mariyanın ötürməsini qola çevirib. Ardıcıl hücunlar təşkil edən “kral klubu” futbolçuları qarşılaşmanın  82-ci dəqiqəsində hesabı 5-0-a çatdıırblar. Kaka fərqlənib. Oyunda son nöqtəni isə Kriştiano Ronaldo qoyub. Portuqaliyalı ulduz hetrix edərək “Real” Madridin “Saraqosa” üzrəində 6-0 hesablı qələbəsini rəsmləşdirib. Turun daha bir maraqlı qarşılaşması “Sevilya” və “Malaqa” komandaları arasında olub. Seviliyalılar artıq matçın 2-ci dəqiqəsində istəklərinə nail olublar. Alvaro Neqredo komandasını hesabda irəli çıxarıb. Hissənin ortalarında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər. Alvaro Neqredo dubl edib. “Malaqa” futbolçuları yalnız matçın sonlarına yaxın bu qollardan birinin əvəzini çıxıblar. 81-ci dəqiqədə Santiyaqo Kazorlanın vurduğu qol “Malaqa” azarkeşləri üçün təsəllidən başqa bir şey olmayıb. “Sevilya” -2, “Malaqa”-1.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018