Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Barselona futbol klubu 2010-2011-ci il mövsümündə 4-cü titulunu qazanıb.
27-08-2011

Barselona futbol klubu 2010-2011-ci il mövsümündə 4-cü titulunu qazanıb. Katalanoyialılar UEFA super kubokunu da başları üzərinə qaldıraraq, hazırda dünyanın 1 nömrəsi olduqlarını sübut etdilər. Fransanın Monako şəhərində keçirilən bu dəfəki UEFA super kuboku uğrundakı final görüşündə Barselona, Avroliqanın son qalibi Portunu sınağa çəkib. Lui-2 stadionunda matçı 18min 48 nəfər izləyib. Qarşılaşmanın baş hakimi isə hollandiyalı Byorn Kuypers olub. Barsanın əsas heyətində elə də ciddi dəyişiklik nəzərə çarpmasa da, Portuqaliya təmsilçisi haqda bunları demək mümkün deyildi. Portunun Avroliqanın qalibi olmasında böyük əməyi olan baş məşqçi Villaş Boaş Çelsiyə, əsas futbolçular-Fabio Koentrao Real Madridə, Radomel Falkao isə Atletiko Madridə transfer olunması həqiqətə də böyük itki idi. Amma bununla belə portuqaliyalılar güclü rəqibdən çəkinmədiklərini ilk dəqiqələrdən irəli atılmaları ilə göstərməyə çalışırdılar. Vitor Pereyranın baş məşqçisi olduğu Portu əsasən oyunu braziliyalı Halkın üzərində qurmağa səy göstərirdi. Azarkeşlər isə ilk qolu izləmək üçün 39 dəqiqə gözləməli olublar. Portunun futbolçusu Freddi Quarin topu qapıçısına ötürərkən kobud səhvə yol verib. Bunu isə UEFA-nın son mövsümə görə ən yaxşı oyunçusu Leonel Messi bağışlamayıb. Lazım olan vaxt lazım olan yerdə olan argentinalı qapıçı Heltonu da aldadaraq hesabı açıb, 1-0. İlk hissə Barsanın minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra da azarkeşlər 1 qol görüblər və bu dəfə də sevinən tərəf ispanlar olublar. Özü də maraqlısı budur ki, bu dəfə də Barselonanın yeni transferi Sesk Fabreqasın oyuna daxil olması kataloniyalıların işinə yarayıb. Portunun heyətində Rolandunun 86-cı dəqiqədə 2-ci sarı vərəqə görməsindən 2 dəqiqə sonra Barselonanın mükəmməl hücumu qolla tamamlanıb. Messinin ideal ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Fabreqas gözəl qol vuraraq, hesabı 2-0 edib. Sonuncu dəqiqədə isə Portu meydanda 9 nəfərlə qalıb. Bu dəfə kobudluğa görə Freddi Quarin hakim tərəfindən cəzalandırırlıb. Beləliklə 1972-ci ildən etibarən təşkil olunan turnirin baş mükafatının hələ də İspaniyada qalacağı dəqiqləşib. Əgər ötən il Atletiko Madrid bu uğura imza atmışdısa, bu dəfə Barsa qələbəni təmin edərək, tarixində 4-cü dəfə anoloji kuboku başı üzərinə qaldırıb. Maraq üçün qeyd edək ki, indiyə kimi ən çox UEFA superkubokunun qalibi İtaliyanın klubudur. 5 dəfə. Görüşdən sonra o da məlum olub ki, Barsa qazandığı bu nailiyyətlə rəsmi titullara görə əzəli rəqibi Real Madridi də geridə qoyub. Belə ki, 2010-2011-ci il mövsümündə UEFA çempiolar liqasın, UEFA super kuboku, İspaniya La liqası və İspaniya Super kubokunu qazanan Pep Quardiolanın komandası rəsmi titulların sayını 76-a çatdırıb ki, bu da Realla müqayisədə 1 baş mükafat çoxdur.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018