Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Elxan Məmmədov da uduzdu.
26-08-2011

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Mundialın 4-cü günündə milli komandamızın daha 1 üzvü tatami üzərinə çıxıb. Yığmamızın lideri Elxan Məmmədova böyük ümidlər bəslənilsə də, etimadı doğrulda bilməyib. Son dünya çempionatında bürünc medal qazanan təmsilçimiz London-2012-yə özü üçün lisenziyanı təmin etsə də, Fransada mükafatsız qalıb. Həmyerlimiz ilk cəhdində özbəkistanlı Xurşud Nəbiyevlə qarşılaşıb. Rəqibinə çətin anlar yaşadan Elxan yuka və vazeri fəndlərinin ardından asiyalının ippona salıb. 3 dəqiqə 5 saniyəyə Xurşudu mübarizədən kənarlaşdıran cüdoçumuz 1/16 finalda kanadalı Aleksandr Emondu sınağa çəkib. Rəqibin ciddi müqavimət göstərdiyi döyüşün taleyini 1 yuko fəndi həll edib və nəticədə Məmmədov daha bir mərhələni geridə qoyub. O, 1/8 finalda cənubi koreyalı Kyu-Vun Li ilə qüvvəsini sınayıb. Amma Elxan bu dəfə məğlub olaraq, mübarizəni dayandırıb. Qeyd edək ki, səfərə 10 idmançı ilə yollanan yığmamızın 9 cüdoçusu çıxışını yekunlaşdırıb. Onlardan yalnız İlqar Müşkiyev (60 kq) bürünc medala sahib olub. 

Axırıncı cüdoçumuz - Elmar Qasımov (100 kq) sabah tatamiyə çıxacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018