Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Yeniyetmə güləşçilərimiz dünya çempionatında mübarizə aparır.
23-08-2011

Yeniyetmə güləşçilərimiz dünya çempionatında mübarizə aparır. 23-28 avqust 2011-ci il tarixdə Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək. Çempionatda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələrdən ibarət seçmə komandalarımız iştirak edəcək. Çempionatın proqramına əsasən, ilk iki gün xalça üzərinə sərbəst güləşçilər çıxacaq. Avqustun 25-26-da yeniyetmə qızlar, çempionatın son günlərində isə yunan-Roma güləşçiləri qüvvələrini sınayacaq. Sərbəst güləş millimiz  artıq Macarıstandadır. Böyük məşqçilər Vahid Məmmədov və Siracuddin Eldarov, məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında heyyətdə Vurğun Əliyev (42 kq), Ruslan Surxayev (46 kq), Mircəlal Həsənzadə (50 kq), Sultan Nəsrullayev (54 kq), Elçin Məmmədov (58 kq), Gitinomaqomed Hacıyev (63 kq), Elmar İsmayılov (69 kq), Orxan Şərifov (76 kq), Pərviz Axundov (85 kq) və Səid Həmidov (100 kq) yer alıb. Yeniyetmə qızlarımız son Avropa çempionatında 4 güləşçi ilə təmsil olunduqlarına görə, dünya çempionatında da 4 güləşçimiz mübarizə apara bilər. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyində Dünya çempionatına Sahilə Ələkbərova (38 kq), Aydan Səfərli (46 kq), Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) yollanacaq.  Çempionatın son günlərində mübarizəyə qoşulacaq yunan-Roma güləşçiləri böyük məşqçilər Zöhrab Abbasov və Rasim Ağayev, məşqçi Əfsər Namazəliyevin başçılığı altında hazırlıqlarını davam etdirir. Heyyətdə Ramiz Məmmədov (42 kq), Kərim Cəfərov (46 kq), Murad Bazarov (50 kq), Murad Məmmədov (54 kq), Elman Muxtarov (58 kq), Hacımurad  Bağmanov (69 kq), Elməddin Ramazanov (76 kq), Türmən Eyyubov (85 kq) və Hacımurad Çöpsiyevin yer alması gözlənilir.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016