Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Çikaqo Buls

     Milli Basketbol Assosasiyasının komandalarından biri də Çikaqo Bulsdur.Bu klubun əsası 1966-cı ildə qoyulub.Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi.Hal-hazırda Vaşinqton Uzards olan Pekers  və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs.Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir.Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə MBA çempionu olub.96-cı il mövsümündə isə  onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər.1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.

     İndiki Çikaqo həmin şanlı keçmişi təkrar etməyi bacarmasa da böyük gələcək vəd edir.Bu komanda istedadlı gənclərin və təcrübəli basketbolçuların vəhdətidir.Ötənilki mövsüm komanda üçün çox uğursuz alındı.Sonuncu 8-ci yerdən pleyofa qatılan komanda Klivlend tərəfindən 5 oyuna məğlub edildi.Derrik Rouz və Joakim Noa nə qədər çalışsalar da Lebron Ceymsli Kavalersin öhdəsindən gələ bilmədilər.Vinni Del Neqro açıq aşkar istedadlı gənclərlə bacara bilmirdi.Bundan əlavə onun baş menecer Con Peksonla münasibətləri də soyuq idi.Nəticədə rəhbərlik Del Neqronu istefaya göndərərək Peksonu başqa bir vəzifəyə keçirtdi.Bütün bunlara baxmayaraq komandanın çox yaxın bir müddətə güclü olacağı görünürdü.2 il ərzində Draftın 1 nömrəsi Derek Rouz püxtələşərək liderə çevrilmişdi.Noa və Denq də ona dəstək verməyə başlamışdılar.Hiss olunurdu ki, komandaya təcrübə çatışmır.Bu boşluğu menecment çox böyük məharətlə aradan qaldırdı.Lebron Ceyms və Dayn Veydi gətirmək mümkün olmasa da Karlos Buzerin keçidini reallaşdırmaq mümkün oldu.Həm məsafədən . həm də həlqənin altında məhsuldar olan Buzerlə 5 ilə nəzxərdə tutulmuş 80 milyonluq müqavilə imzalandı.Bundan əlavə gənc və böyük gələcək vəd edən Türkiyəli oyunçu Ömer Aşik da komandaya gətirildi.Həddindən artıq istedadlı olan Ömərin 1-2 ilə liqanın ulduzu olacağı gözlənilir.

     Komandanın əsas silahı fiziki gücdür.Mayami bu komponentə görə nə qədər təriflənsə də , hal-hazırda 4 və 5-ci nömrələrin ən güclü cütlüyü məhz Çikaqodadır.Noa və Buzer öz gücünə görə  liqada Hovard-Bas, Qazol-Odom, Onil-Qarnet duetlərini üstələyir.

     Komandanın əsas zəif yeri kimi baş məşqçi göstərilir.Tom Tibodinin komandanı idarə etməsi bir qədər tapmaca kimi qalır.

banner nijniy
Bu həftə efirdə
Futbol. İngiltərə çempionatı. ”Lester” – “Liverpul” (canlı)
27-02-2017 00:00
Voleybol. Çempionlar liqası. ”Telekom” – “Konelyano” (canlı)
28-02-2017 17:00
Voleybol. Çempionlar liqası. ”Dabrova” – “Azərreyl” (canlı)
28-02-2017 21:00
Futbol. İspaniya çempionatı. ”Valensiya” – “Leqanes” (canlı)
28-02-2017 00:30
Futbol. İspaniya çempionatı. ”Barselona” – “Sportinq” (canlı)
01-03-2017 22:30
Futbol. İspaniya çempionatı. ”Real” M – “Las Palmas” (canlı)
01-03-2017 00:30
Futbol. İspaniya çempionatı. ”Deportivo” – “Atletiko” M (canlı)
02-03-2017 23:45
Futbol. Almaniya çempionatı. ”Ausburq” – “Leypsiq” (canlı)
03-03-2017 23:30
Futbol. İngiltere çempionatı. ”Mançester Yunayted” – “Bornmut” (canlı)
04-03-2017 16:30
Futbol. Almaniya çempionatı. ”Borussiya” D – “Bayer” (canlı)
04-03-2017 18:30
Futbol. İngiltere çempionatı. ”Liverpul” – “Arsenal” (canlı)
04-03-2017 21:30
Futbol. İspaniya çempionatı. ”Barselona” – “Selta” (canlı)
04-03-2017 23:45
Futbol. İngiltərə çempionatı. ”Tottenhem” – “Everton” (canlı)
05-03-2017 17:00
Futbol. İngiltərə çempionatı. ”Sanderlend” – “Mançester Siti” (canlı)
05-03-2017 20:00
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016